Müxtəlif çeşidli Proteinlərin satışı
AMİN TURŞULARI
Orqanizmdəki bütün zülalları təşkil edən tikinti elementləri-amin turşularıdır.Bodibildinqdə amin turşularına xüsusi əhəmiyyət verilir,çünki əzələlər əməli olaraq tamamilə zülallardan,başqa sözlə desək amin turşularından ibarətdir.Orqanizm əzələlərin artımı,bərpası,müxtəlif hormonların hasilatı üçün amin turşularından istifadə edir.
Alimlər müəyyən ediblər ki,məşqdən sonra əzələlərin bərpası,quruma və arıqlama dövrləri zamanı əzələləri saxlamaq, həmçinin əzələləri artırmaq üçün amin turşuları olduqca mühümdür.Bodibildinqdə cox vacib rollardan birini də BCAA oynayır.Onlar əzələ toxumasının 35 %-ni təşkil edir.
Hətta orta gərginlikdə edilən məşğələlər belə,bütütn sərbəst amin turşularının 80%-nin sərf edilməsinə gətirib çıxarır ki,bu da amin turşuları əlavələrinin əzələlərin bərpası və onların onların sonrakı artımı üçün çox vacib olduğunu vurğulayır.
Amin turşularını qəbul etməyin ən yaxşı vaxtı-məşqə qədər və məşqdən sonra,bir də səhərlərdir.
KREATİN
Kreatin son illər ərzində idman qidaları sahəsində edilmiş ən mühüm kəşflərdən biridir.Kreatin quru əzələ kütləsini yetişdirməyə kömək edir və gücü çoxaldır.O əzələləri enerji ilə təmin edir,əzələlərin bərpaolunma prosesini sürətləndirir.
Kreatin effektivliyi çox sayda tədqiqatlar nəticəsində təsdiqlənib.Kreatin əlavələri əzələrdə kreatin və kreatinfosfat ehtiyatını çoxaldır ki,bu da ATF-in bərpa olunmasını təmin edir və beləliklə də əzələlərin gücü artır.
Kreatin qəbul edilməsi bədənin əzələ kütləsinin artmasına kömək edir,belə ki siz onu cəmi 1 ay qəbul etsəniz 2-dən 5 kiloqramadək çəki artıra bilərsiniz!
Kreatinin əlavə olaraq qəbul edilməsi sizə daha sürəkli məşq dövrü zamanı,daha ağır məşqlər etməyə kömək edəcək.Əzələ məşqlərinin artmış gərginliyi də öz növbəsində daha sürətli əzələ artımı və güc hasil edir.
Kreatinin qəbulu əzələ hüceyrələrində suyun ləngiməsinə səbəb olur ki,bu da hüceyrədə protein sintezinin artmasına və onun parçalanmasının azalmasına gətirib çıxarır.Kreatinin gücü,sürəti və həcmi artırması azmış kimi,o hələ əzələlərin xarici görünüşünü də yaxşılaşdırır.
BCAA
BCAA(leysin,izoleysin,valin)-yeni əzələ quruluşu yığmaq üçüb əsas materialdır.Bu əvəzolunmaz amin turşuları əzələlərdəki bütün amin turşularının 35%-ni təşkil edir,həmçinin anabolizm və bərpaolunma proseslərində cox mühüm rol oynayır,üstəlik antikatabolik təsirə malikdir.
BCAA orqanizm daxilində sintez oluna bilmirlər,ona görə də insan onları yalnız qida tərkibində və xüsusi qida əlavələri vasitəsilə ala bilər.
Bodibildinqdə BCAA-nın əsas sübut olunmuş effektləri:
Əzələlərin dağılmadan qorunması
Quru əzələ kütləsini böyüməsi
Orqanizmdə piy faizinin azalması
Güc göstəricilərinin artması
BCAA-nın çox geniş sübutlar bazası var.Bu idman qidaları içində az sayda olan əlavələrdən biridir ki,yüksək effektlivliyi real tədqiqatlarla təsdiq olunur.
BCAA başqa 17 amin turşularından onunla fərqlənir ki ilk növbədə onlar əzələlər daxilində metabolik fəliyyət göstərirlər,əzələlər üçün onlara ,idman göstəricilərini artıran,səhhəti yaxşılaşdıran,üstəlik tamailə təhlükəsiz olan əsas “yanacaq” kimi baxmaq olar.
CELL-TECH
Cell Tech Performance- sizin əzələlərinizin gücü və əzəmətidir.
O düzgün nisbətdə seçilib yığılmış keyfiyyətli komponentləri öz tərkibində birləşdirir ki,bu da sizin məşqlərinizi daha effektli edəcək.
Cell Tech Performance-ın hər payinda 3,5 qram kreatin monohidratı və 1.5 qram kreatin-hidroxlorid var.Cell Tech Performance qəbul edən idmançılar,əzələ kütləsini 7 gün ərzində 3-4 kiloqrama qədər artırmağa nail olmuşlar!
Cell Tech Performance Series-in qəbulu güc göstəricilərini əhəmiyyətli dərəcədə çoxaldır.Cell Tech Performance-ın hər payının tərkibində 100 milliqram alfa-lipo turşusu(ALA) var.Bu birləşmə xüsusitransporterlərin köməyi ilə,əzələ toxumasında kreatin və qlükozanın yaxşı mənimsənilməsinə xidmət edir.
Cell Tech Performacen-ın tərkibinə,yüklənmədən sonrakı vaxtda insulinin gücləndirilmiş ifrazını təmin edən,karbohidratların çoxpilləli kombinasiyası əlavə olunub.Bu formul sayəsində kreatin və başqa faydalı madələrin əzələ hüceyrələrinə nəqli də daha səmərəli keçir ki,bu da daha tez və keyfiyyətli əzələ artımına nail olmağa imkan yaradır.Bu maddənin tərkibinə həmçinin BCAA,taurin və alanində daxildir.
NITRO-TECH
Xoşagələn dad
Hər Payında 30 qram zülal
Əlavə kreatin,BCAA və qlutamin tərkibi
Quru əzələ kütləsinin sürətlənmiş artımı
Yeni Nitro-Tech Performance-öz güc göstəricilərini və əzələ kütlələrini böyütmək istəyən bütün idmançılar üçün nəzərdə tutulmuş zərdabın izolyatı əsasında elmi cəhətdən işlənib hazırlanmış bir proteindir.Nitro-Tech Performance-ın əksər hissəsi,bu gün əldə edilən ən təmiz və qiymətli zülal ənbələrindən biri olan protein zərdabının izolyatından ibarətdir.Bu maddənin hər payının tərkibində 30 qram yüksək keyfiyyətli zülal var və o quru əzələ kütləsini böyütmək üçün ideal anabolik şəraiti təmin edir.Zülaldan başqa hər payın tərkibində 3 qram kreatin 2 qram alanin taurin və BCAA var və bunlar da məşqdən sonrakı bərpa olunmanı sürətləndiri,əzələlərin tez bir zamanda böyüməsini təmin edirlər.
Nitro-Tech Performance daha çox güc və kütlə əldə etmək,öz əzələlərini yüksək keyfiyyətli zülallarla saxlamaq və onu katabolizmdən müdafiə etmək istəyən idmançılar üçün olduqca zəruridir.
PROTEİN
Protein(zülal)-zəncirvari şəkildə birləşmiş amin turşularından ibarət olan üzvi maddələrdir.Əzələ toxumasının əsasını məhz proteinlər təşkil edir.
Bodibildinqdə proteinlərdən əzələ kütləsini böyütmək və gücü çoxaltmaq üçün həmçinin sağlam fiziki formanı saxlamaq məqsədilə istifadə olunur.Proteinlər-zülal sintezinin stimulyatorudur.Protein nə qədər fəal gedər və əzələ də öz növbəsində bir o qədər sürətlə çoxalar.
Məşqin istənilən forması sizin zülal təlabatınızı çoxaldır.Keyfiyyətli zülalın çatışmamazlığı əzələ toxunmanızın və tonusun itirilməsinə immun sisteminizin zəifləməsinə daha gec bərpa olunmanıza və enerjinizin çatışmazlığına gətirib çıxaracaq.Əgər sizin məqsədiniz əzələ və güc yığmaqdan hətta tonusu saxlayaraq piyi azaltmaqdan ibarətdirsə onda sizin üçün əlavə zülal qəbul etmək vacibdir.
QEYNERLƏR
Geynerlər-mürəkkəb zülal-karbohidrat qarışığıdır.Çox adamlar üçün çəkini artırmaq demək olar ki imkansız görünə bilər.Geynerlər-orqanizminizi əzələ artımı üçüçn çox vacib olan yüksək keyfiyyətli zülal və karbohidratlarla təmin etməyin rahat və yüngül üsuludur.
Düzgün istifadə etdikdə geynerlər əzələnin ölçüsünü və gücü artırır.Geyner əzələ kütləsiniqısa müddət ərzində artırmağa cəhd edən arıq bədən quruluşuna malik insanlar yaxud ektomorflar üçün nəzərdə tutulmuşdur.
Müasir geynerləryalnız əzələ kütləsini artırmaq üçün deyil həm də energetiklər və bərpaedicilər kimi yararlıdır.
Geynerin qəbulu üçün ən yaxşı vaxt:məşqdən 1-1,5 saat əvvəl və məşqdən 15-30 dəqiqə sonradır.Məşqin əvvəlində onlar əlverişli energetik fon yaradır və böyük yüklənmələrdə fəal mübadilə edən sərbəst amin turşularının əzələdaxili ehtiyatını yüksəldir.Məşqdən sonra geyner qəbulu sizə gücünüzü yenidən bərpa etməyə yeni əzələ toxumanızın hasilatına katabolik prosesləri dayandırmağa və tükənmiş enerji ehtiyatlrınızı doldurmağa imkan yaradacaq.
Geyner kreatinlə çox yaxşı uygun gəlir.Onun tərkibinə daxil olan karbohidratlar və zülallar,kreatinin çox yaxşı və daha tez mənimsənilməsinə yardım edir.Onları eyni bir kokteyldə qarışdırmaq və məşqdən sonra qəbul etmək olar.